Şəkidə 63 yaşlı kişi dəm qazından zəhərlənib


11:57     06 Yanvar 2020 20_01_06_1578297463.jpg

Şəkidə dəm qazından zəhərlənmə qeydə alınıb.

Femida.az -ın məlumatına görə, rayonun Kiş kənd sakini, 1957-ci il təvəllüdlü Bayram Əsgər oğlu Xəlilov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı B. Xəlilovun yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi məlum olub.

B. Xəlilovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 505