Polis soyğunçuluq edən şəxsləri tutub


13:32     06 Yanvar 2020 korrupsiyaya-qarsi-idare-vezifeli-qadini-hebs-etdi.jpg

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Rəsulov yanvarın 3-də saat 21 radələrində A.M.Şərifzadə küçəsində 2 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Femida.az DİN-in saytına istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri X.Məmmədova və əvvəllər məhkum olunmuş T.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 474