“Azərişığ”a 1300-ə yaxın müraciət daxil olub


14:15     06 Yanvar 2020 azerisiq.jpg

“31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramları günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdən fərqlənməyib”.

Femida.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi bildirib ki, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalıb:

“İstehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günləri “Azərişığ”ın 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb. Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub”.

Qeyd edək ki, “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejiminə fəaliyyət göstərib.

Femida.az

Açar sözlər:

Oxunub: 391