Lerik sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanılıb


18:51     06 Yanvar 2020 20_01_06_1578322342.jpg

Lerik rayon sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanılıb.



Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Lerik rayon sakini G.Qəmbərova ötən ilin iyul ayında şəhər ərazisindəki bankomatların birindən 400 manat pulunun bank hesabından çıxarılaraq oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun ötən ilin noyabr ayında Lerik rayon sakini C.Nuriyevin 261 manatını bank hesabından çıxararaq oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 552