Azərbaycanda bir həftəlik bayram tətili başa çatdı


09:41     07 Yanvar 2020 teqvim9.jpg

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda tətbiq olunan bir həftəlik tətil başa çatıb.

Femida.az xəbər verir ki, bu gün yeni ilin ilk rəsmi iş günüdür. Yanvarın 7-dən etibarən ölkə üzrə iş və orta məktəblərdə dərslər başlayıb.

Qeyd edək ki, Baş Nazir Əli Əsədov imzaladığı qərara əsasən ölkədə iş və istirahət günlərinin yeri dəyişdirilib. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bununla da, dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-sı ölkədə qeyri-iş günü olub.

Femida.az

Açar sözlər:

Oxunub: 464