Avtomobillə gömrükdən spirtli içkilər keçirmək istəyən şəxs saxlanıldı


11:24     07 Yanvar 2020 2020/01/ggggg_1578382005.jpg

DGK əməkdaşalrı ölkəyə qanunsuz yolla spirtli içkilər keçirmək istəyən şəxsi saxlayıb. Avtomobildə spirtli içkilər aşkarlanıb

Femida.az xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa oturacağının altında və yük yerində hər biri 1 litr olmaqla, 8 ədəd üzərində "Nemirovskaya" yazılan və 22 ədəd üzərində "Nemoroff" yazılan spirtli içkilər aşkarlanıb.

Femida.az

Açar sözlər: #DGK  

Oxunub: 552