Hicran Hüseynovanın vəzifəsi müavininə — TAPŞIRILDI


11:50     07 Yanvar 2020 hicran8.jpg

Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrasını dayandırıb.


Bu barədə Femida.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, H.Hüseynovanın sədr vəzifəsinin icrasını dayandırması onun Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır: "Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrası sədr müavinləri - Sədaqət Qəhrəmanova və Aynur Sofiyevaya tapşırılıb. Hələ ki, Hicran Hüseynova imzatoplama mərhələsindədir".

Qeyd edək ki, H.Hüseynovanın namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb.

Bununla bağlı ilk xəbəri "unikal.org" saytı yayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1456