Bakıda sürücünü hədələyən şəxs saxlanılıb


13:26     07 Yanvar 2020 terror%20hebs.jpg

Yanvarın 5-də saat 23 radələrində F.X.Xoyski küçəsində “Toyota” markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Baxşıyevi bıçaqla hədələməsi, “Mercedes” markalı avtomobilini təpiklə əzməsi, habelə idarə etdiyi nəqliyyat vasitəsi ilə T.Baxşıyevin avtomobilini vurub hadisə yerini tərk etməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 475