Konstitusiya Məhkəməsinin 2019-cu ildəki son iclası - Ali Məhkəmənin qərarı ləğv edildi (VİDEO)
13:46 07 Yanvar 2020
29 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Femida.az xəbər verir ki, iclasda “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 26 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Kamran Şəfiyevin məruzəsini, ərizəçinin vəkili Fuad Musanın çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, Ruslan İbadovun “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və sığorta məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 26 iyul tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Femida.az
Oxunub: 2221
Oxşar xəbərlər
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Konstitusiya Məhkəməsi inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı qərar elan edib
- Konstitusiya Məhkəməsi xüsusi müsadirə edilməli əmlakla bağlı qərar çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib
- Parisdə Zəfər, Bayraq və Konstitusiya günləri qeyd edilib
- Mehriban Əliyeva Konstitusiya Günü ilə əlaqədar paylaşım edib
- Azərbaycanda Konstitusiya Günü qeyd olunur
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib