Hüseyn Abdullayevin anası məhkəmədən vaxt istəyib


15:39     07 Yanvar 2020 2020/01/d598663a-a8c4-48ed-bdcc-0a61f37c3f3a_1578397267.jpg

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.



Femida.az -ın xəbərinə görə, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda təqsirləndirilən Zeynəb Abdullayevaya çıxış üçün söz verilib.

Z.Abdullayeva özünü yaxşı hiss etmədiyini deyərək, məhkəmədən vaxt istəyib.

Hakim növbəti prosesi yanvarın 14-nə təyin edib.

Açar sözlər:

Oxunub: 574