Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən uğurlu əməliyyat - 10 kq tiryək gətirən şəxs saxlanıldı
15:50 07 Yanvar 2020
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 10 kiloqramdan artıq tiryək gətirən şəxs saxlanılıb.
Femida.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısına qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş İdarəyə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirildiyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cəlilabad rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı rayon sakini əvvəllər məhkum olunmuş Anar Bağırov saxlanılıb. Onun idarə etdiyi “KİA” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 10 kiloqram 77,780 qram narkotik vasitə olan tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Anar Bağrov istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan tamah niyyəti və satış məqsədi ilə narkotik vasitə olan tiryək əldə edib. Daha sonra həmin narkotik vasitələri paytaxt Bakıya gətiurmək istəyən zaman isə o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Anar Bağırov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 1428
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib