Astara sakini odlu silah satarkən saxlanıldı - FOTO


16:06     07 Yanvar 2020 2020/01/815907_3156797796.jpg

Astara sakini Sadiq Rzayev odlu silah satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

Belə ki, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Rzayev lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli odlu silah olan tüfəngi satarkən saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 2 ədəd patron da aşkar edilərək götürülüb.



Femida.az

Açar sözlər:

Oxunub: 457