Deputatlığa namizədlərin sayı 557 nəfərə çatıb


17:53     07 Yanvar 2020 trend_mezahir_penahov.jpg

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2330 nəfər müraciət edib.


Femida.az-ın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.


M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 2075 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “874 nəfər imza vərəqələrini qaytarıb, 557 nəfərin isə deputatlığa namizədliyi isə qeydə alınıb”.


Femida.az

Açar sözlər:

Oxunub: 522