Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb
17:20 07 Yanvar 2020
2020-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.
İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.
Femida.az
Oxunub: 663
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib
- Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib
- Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır
- Müdafiə Nazirliyi ev almaq istəyən hərbçilərə müraciət edib
- Müdafiə Nazirliyi əsgərin sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib
- Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub
- Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb