Azərbaycan sərhədçisi şəhid olub
18:57 07 Yanvar 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, 2020-ci il yanvarın 7-si saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid olub.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Prokurorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.
Femida.az
Oxunub: 1693
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- ŞƏHİDLƏRİMİZ VAR
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO