Ədliyyə naziri Qusarda vətəndaşları qəbul edəcək


19:04     07 Yanvar 2020 2019/11/fikret_1574402358.jpg



Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən yanvarın 10-da Qusar rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Femida.az xəbər verir ki, Qusar şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi) keçiriləcək qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, 17; əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-950-58-83; 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Qusar şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Femida.az

Açar sözlər: #ədliyyə   #qəbul  

Oxunub: 1984