İranda 180 nəfərin öldüyü təyyarə qəzasında azərbaycanlı olmayıb - RƏSMİ


10:18     08 Yanvar 2020 20_01_08_1578464408.jpg


Azərbaycanın Tehrandakı Səfirliyindən verilən ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında vətəndaşlarımızın olması ilə bağlı məlumat daxil olmayıb.


Bunu Femida.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O deyib ki, səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır.

Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, 180 sərnişinin hamısı həlak olub.

Femida.az

Açar sözlər: #İran  

Oxunub: 515