Putin kosmodromun rəhbərini həbs etdirdi
14:13 07 Aprel 2015
Rusiyanın hakimiyyət orqanları Uzaq Şərqdəki kosmodromda start meydançası tikən 26 işçinin maaşlarının iki ay müddətində verilməməsinə görə “Vostoçnı” bazasının direktoru Sergei Terenyevi həbs edib.
Femida.az Azadlıq radiosuna istinadən xəbər verir ki, maaş ala bilməyən fəhlələr aclıq aksiyası keçiriblər, 100 fəhlə isə tətil elan edib. Hazırda layihəyə birbaşa baş nazirin müavini Dmitriy Rogozin nəzarət edir.
D.Rogozin fəhlələrə bütün tələblərin yerinə yetiriləcəyini söz verdikdən sonra tətil dayandırılıb.
Amur rayonunda inşa edilməkdə olan kosmodromun tikintisi qrafikdən 4 ay geridə qalır. Rusiya hökuməti bu kosmodromdan ilk raketi 2015-ci ilin dekabrında buraxmağı planlaşdırırdı. Bu kosmodromdan ilk kosmonavtlı start isə 2018-ci ildə verilməlidir.
Rusiya İstintaq Komitəsi Terentyevi maliyyə mənimsəmələrində şübhəli qismində saxlayıb. “Dalspetsstroy” layihəsini həyata keçirən agentliyin menecmenti də şübhəlilərin arasındadır. Komitə 282 milyon dolların hara yoxa çıxdığını araşdırır.
Femida.az
Oxunub: 730
Oxşar xəbərlər
- Putin İlham Əliyevi təbrik etdi
- Putin Sankt-Peteburqdakı partlayışı terror adlandırıb
- Putin Zaxarovaya diplomatik rütbə verdi
- Putinin ən müxalif rəqibinin namizədliyi qeydə alınmadı
- Putindən Azərbaycan Prezidentinə təbrik zəngi
- Putindən İlham Əliyevə ad günü təbriki
- Putinə zəng gəldi, iclası tərk etdi
- Putin Nazarbayevi təbrik etdi
- Putin Təhlükəsizlik Şurasını toplayır - TƏCİLİ
- Putin seçkilərdə müstəqil namizəd olacaq