Bakıda evdən 22 min manatlıq oğurluq edilib


12:50     08 Yanvar 2020 ogurluq.jpg

Bakıda evdən 22 min manatlıq oğurluq edilib.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis idarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 473