Hərbi xidmətin nüfuzunun yüksəldilməsi üzrə tədbirlər planı imzalanıb


13:06     08 Yanvar 2020 trend_defense_ministry_mudafie_nazirliyi5.jpg

Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-2023-cü illər üçün “Cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Azərbaycan Ordusunda hərbi xidmətin nüfuzunun yüksəldilməsi üzrə” birgə tədbirlər planını imzalayıb.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, planda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında tarixi fəaliyyətinin və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzda həyata keçirilən islahatların təbliği, hərbi xidmətin nüfuzunun yüksəldilməsi istiqamətində gənc nəsil arasında hərbi vətənpərvərlik ruhunda kütləvi tədbirlərin, gənclərin milli dəyərlərə, tarixi ənənələrə bağlılığını daha da artırmaq məqsədilə tarixi yerlərə gəzintilərin, tarixi günlərə həsr olunan “dəyirmi masa”ların təşkili, maarifləndirmə və təbliğat işlərinin aparılması və digər məsələlər nəzərdə tutulub.

Planlaşdırılan tədbirlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsinin təmin edilməsi məqsədilə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 518