İlham Əliyev Həsən Ruhaniyə və Vladimir Zelenskiyə başsağlığı verdi


14:46     08 Yanvar 2020 20_01_08_1578482581.jpg

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə Tehrandakı təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Femida.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Dövlət başçısı Ukraynanın Prezidenti Vladimir Zelenskiyə də başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 588