SOCAR yeni şirkət yaradıb


16:29     08 Yanvar 2020 20_01_08_1578486609.jpg


Vergilər Nazirliyi “SOCAR Downstream Management” MMC-ni dövlət qeydiyyatına alıb.


Femida.az Nazirliyə istinadən xəbər verir ki, yeni kommersiya qurumu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisinin (SOCAR Tower) yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 121 ünvanında qeydiyyatdan keçib.

“SOCAR Downstream Management”in nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Mustafa Mesut İlterdir.

O həm də SOCAR-ın Türkiyənin İzmir şəhərindəki STAR neft emalı zavodunun baş direktorudur.

Femida.az

Açar sözlər:

Oxunub: 852