Hamilə arvadına bıçaqlayan şəxsin məhkəməsi başlayır
20:35 08 Yanvar 2020
Abşeronda hamilə həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Şəmil Abdullayevin barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə ötən il mayın 16-da Abşeron rayonunun Fatmayi qəsəbəsində baş verib. Belə ki, 22 yaşlı Şəmil Abdullayev həyat yoldaşı, 19 yaşlı Səbinə Atababayeva ilə qayınatasının evində mübahisə edib.
Bu zaman kişi həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Qadın ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
8 bıçaq xəsarəti alan qadın əməliyyat olunub. Əməliyyat zamanı qarın nahiyyəsindən xəsarət alan hamilə qadının bətnində olan uşağı xilas etmək mümkün olmayıb. Ana bətnindən vaxtından tez götürülən uşağ dünyasını dəyişib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Ş. Abdullayevlə S. Atababayeva ailə həyatı qurduqdan sonra Ağstafa rayonunda yaşayıblar. Ailədə tez-tez mübahisə olduğundan məlum hadisədən bir müddət əvvəl Səbinə Atababayevanın valideynləri onu gətirərək Fatmayi qəsəbəsinə gətirərək öz yanlarında saxlayıblar.
Hadisəni törədəndən sonra qaçan Şəmil Abdullayev bir neçə gün sonra həbs olunub.
Qeyd olunur ki, Şəmil Abdullayev hadisə baş verən gün qayınatasının evinə gəlib və arvadını öz evinə aparmaq istəyib. Amma Səbinə Atabayayeva getmək istəməyib. Bu səbəbdən onların arasında qanlı mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.
Məlumata görə, Səbinə Atababayeva valideynlərinin təkidi ilə ərə gedib.
İstintaq orqanı tərəfindən 29, 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Femida.az
Oxunub: 751
Oxşar xəbərlər
- Hamilə və 18 yaşından aşağı şəxslərə vaksin vurulmayacaq
- Hamilə arvadını dənizdə boğaraq öldürən şəxs tutuldu - Sumqayıtda
- Hamilə qadına işgəncə verən şəxsin məhkəməsi başlayır
- Hamilə arvadını bıçaqlayan kişi hakim qarşısına çıxarıldı
- Hamilə qadının dəm qazından boğulması faktına dair cinayət işi başlanıb
- Hamilə qadın huşunu itirənə qədər döyüldü - VİDEO
- Hamilə qadın atası və əri tərəfindən döyüldü - Vəziyyəti ağırdır
- Hamilə qadını zorlayan şəxs məhkəməyə müraciət etdi
- Hamilə qadın küçədə əmisi tərəfindən döyülüb
- Hamilə qadın körpəsini öldürmək istədi - Qanaxmadan özü öldü