Göygöldə gənci maşın vurub


21:26     08 Yanvar 2020 20_01_08_1578503326.jpg

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Mollacəlili kəndin yaxınlığında Fərid şadlıq sarayının qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən İsgəndərov Mirmövsüm Telman oğlunu avtomobil vurub.

İlkin məlumata görə, xəsarət alan şəxs toydan qayıdırmış.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 618