Sumqayıtda qəbiristanlıqda kişi meyiti tapılıb


09:18     09 Yanvar 2020 2020/01/8F6489B9-16FC-4560-965B-90BE86E8C335_1578546053.jpeg

Sumqayıtın Corat qəsəbəsinin qəbiristanlığında kişi meyiti aşkarlanıb.

Femida.az-ın məlumatına görə, araşdırma nəticəsində meyitin 1946-cı il təvəllüdlü Corat qəsəbə sakini Mürsəlov Hacıbala Hacıbaba oğlu olduğu məlum olub.

Qeyd edək ki, 74 yaşlı kişi ötən gün saat 12:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmadığından yaxınları hüquq-mühafizə orqanlarına onun itkin düşdüyü barədə məlumat vermişdilər.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 604