FHN məktəbliləri yanğın təhlükəsizliyinə dair maarifləndirdi


09:14     09 Yanvar 2020 20_01_09_1578547133.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Təklə Mirzəbabalı kənd tam orta məktəbində, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə şəhər 3 nömrəli tam orta məktəbində, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxanasında, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Pirsaat qəsəbə tam orta məktəbində, Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Qusar rayon Bədirqala kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirib.


FHN-dən Femida.az-a bildirilib ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi diqqətə çatdırılıb.

Eyni zamanda pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 792