Quba sakinindən qanunsuz saxlanılan ov tüfəngi götürülüb


09:29     09 Yanvar 2020 20_01_09_1578547809.jpg

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, PB-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Qonaqkənd qəsəbə sakini Aydın Nəsirova məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin damından bir ədəd müvafiq sənədləri olmayan “İj-16” markalı ov tüfəngi və 12 ədəd patron aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Femida.az

Açar sözlər: #Quba   #polis  

Oxunub: 355