ETSN: Badamdardakı sürüşmə sahəsində aktivlik müşahidə olunur


09:54     09 Yanvar 2020 1Badamdar%203-cü%20massiv%20su%20anbarının%20alt%20hissəsi%20söküntüdən%20sonra1477890445.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Səbail rayonunun Badamdar qəsəbəsində baş veriən sürüşmə ilə bağlı məlumat yayıb.


Bu barədə Femida.az-a açıqlamasında Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib:

"Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur. Tərəfimizdən ərazidə monitorinqlər aparılır".

Xatırladaq ki, bu ərazidə sonuncu dəfə 2018-ci ilin oktyabrın 12-də sürüşmə baş vermişdi. Sonrakı günlərdə sürüşmə aktivləşərək, təxminən 200 metrdən artıq eni olan bir ərazini əhatə etməklə avtomobil yoluna qədər hərəkət etmişdi. Yol kənarındakı istinad divarının əksər hissəsi çökmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 726