Bir evə 2 nəfər "kupça" ala bilərmi? - HÜQUQİ ŞƏRH


10:29     09 Yanvar 2020 20_01_09_1578551410.jpg

n çox verilən suallardan biri də paylı mülkiyyətdə olan daşınmaz əmlaka ayrı ayrılıqda çıxarışın verilib-verilməməsidir.


Geniş mövzuda olsa çalışacam konkret olaraq qeyd edim. Nəzərinizə çatdırım bu məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Azərbaycanda mülkiyyət hüququ 3 növə ayrılır:

-- Xüsusi

-- Dövlət

-- Bələdiyyə

Xüsusi mülkiyyət hüququ özü 2 yerə ayrılır:

-- Fiziki şəxslərin mülkiyyət hüquqları.

-- Hüquqi şəxslərin mülkiyyət hüquqları.

Dövlət mülkiyyət hüququ da 2 növə ayrılır:

-- Azərbaycan Respublikasının mülkiyyət hüququ.

-- Xarici dövlətlərin mülkiyyət hüququ.

Bələdiyyə mülkiyyət hüququna şəhər bələdiyyələrinin mülkiyyət hüququ;kənd bələdiyyələrinin mülkiyyət hüququ; digər bələdiyyələrin mülkiyyət hüququları daxildir

Ümumi mülkiyyət hüququ xüsusi mülkiyyət hüququna malikdir və 2 yerə ayrılır:

-- Paylı (hər bir mülkiyyətçinin payı müəyyən olunur) -- Birgə (payları müəyyənləşdirmək olmur) mülkiyyət hüququ.

Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylar bəllidirsə bu zaman payçılar ayrı ayrılıqda (bölgü planı əsasında notariatda təsdiq etməklə) hər kəs öz adına çıxarış ala bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

Əgər payların naturada ayrılmasına yol verilmirsə və ya ümumi mülkiyyətdə olan zərər vurmadan öz payının dəyərini digər payçılardan tələb edə bilər.

Rahim Abıyev

Hüquqşünas

Açar sözlər:

Oxunub: 1697