Naxçıvanda Aqrar Sığorta Fondu yaradıldı
10:57 09 Yanvar 2020
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 8-də Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb.
Femida.az xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında aqrar sığorta sisteminin təşkili və inkişafını təmin etmək məqsədilə "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra - Fond) yaradılıb.
Sənədə görə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Fondun nizamnaməsini təsdiq etmək, Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasnının Maliyyə Nazirliyi aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər