Astarada keçmiş məhkumdan 1 kq narkotik götürülüb - FOTO


11:25     09 Yanvar 2020 20_01_09_1578554808.jpg

Astarada bir kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Kakalos kənd sakini, əvvəllər məhkum olunmuş Nəsir Suvarov 1 bükümdə narkotik vasitə marixuana və bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi 5 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Davam edən əməliyyat tədbirləri nəticəsində N.Suvarovun narkotik vasitəni həmkəndlisi Asəf Təhməzovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs də saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən bir bükümdə 0,182 qram, yaşadığı evdən isə bir bağlamada 1 kiloqram 50 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 559