Dağlıq Qarabağa qanunsuz səfər edən isveçrəli kosmonavtın adı "qara siyahı"dan çıxarılıb


11:42     09 Yanvar 2020 20_01_09_1578555848.jpg


İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.


Bu barədə Femida.az-a XİN-dən məlumat verilib.

Məktubunda Klod Nikolye Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

İsveçrə vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Femida.az

Açar sözlər: #XİN   #Qarabağ  

Oxunub: 616