Uşaqların şiddətə məruz qalmaması üçün qabaqlayıcı tədbirlər


12:07     09 Yanvar 2020 20_01_09_1578557268.jpg


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların şiddətə məruz qalmaması üçün valideynlərə tövsiyələr ünvanlayıb. Komitədən Femida.az-a verilən məlumata görə, uşaqların şiddətə məruz qalmaması üçün qabaqlayıcı tədbirlər kimi aşağıdakılar göstərilib:


- Övladınızı zorakılıqla bağlı maarifləndiririn. Onu narahat edən hallarda sizinlə, müəllimləri və məktəb rəhbərliyi ilə danışmasını öyrədin. Özünü necə qoruya biləcəyinə dair məsləhətlər verin.

- Uşağınıza pul, mobil telefon, MP3 və ya digər maddi dəyəri yüksək olan əşyaları yanında gəzdirməməyi tapşırın və buna icazə verməyin.

- Məktəbə yaxın və yaxşı dostları ilə gedib gəlməyini məsləhət verin.

- Son dövrlər internet uşaqların şiddətə məruz qalamsındakı əsas faktorlardan birinə çevrilib. Uşağınızın internetdən istifadəsinə nəzarət edin. Onu sosial şəbəkələrdə
qarşılaşabiləcəyi təhlükələrdən agah edin.

- İctimai nəqliyyatda hər-hansı təhlükə ilə üzləşərsə, yaxınlıqdakı böyüklərdən kömək istəməsini söyləyin.

- Qohum belə olsa, uşağınızı heç kəslə tualetə göndərməyin

- Vücuduna heç kəsin toxunmasına icazə verməməsini başa salın

- Qorxudaraq deyil, açıqlayaraq öyrədin

- Özünü öpdürmək istəmirsə zorla öpməyin

- Heç vaxt uşağınızın dodağından öpməyin

- Övladınızla dost yox, valideyn olun

- Sıxlıq olan ictimai nəqliyyatda "dayının", "xalanın qucağında otur" deyib tanımadığı adamalarla yaxınlıq etməyi öyrətməyin.

- Yad adamlara xitabən "dayı səni döyər, xala səni döyər" deyib, istənilən adamın ona şiddət göstərəbiləcəyi fikrini aşılamayın.

- Övladınıza bol-bol sarılın, qucaqlayın sevginizi göstərin. Siz sevginizi hiss etdirməsəniz övladınız bunu kənarda axtarar və bu zaman da şiddət göstərən şəxslərin hədəfinə tuş gələ bilər

Femida.az

Açar sözlər: #AQUPDK   #ailə   #uşaq  

Oxunub: 1682