Astarada evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb


14:41     09 Yanvar 2020 20_01_09_1578566880.jpg


Astara şəhər sakini M.Mirzəyeva yanvarın 3-də yaşadığı evdən 15 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhəri Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Bağıyev olduğu müəyyən edilib.

R.Bağıyevin oğurladığı qızılların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 529