Miqrasiya Xidmətinin rəisi Çin səfiri ilə görüşdü
15:18 09 Yanvar 2020
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.
Femida.az xəbər verir ki, Xidmət rəisi Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, yüksək səviyyəli görüşlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini söyləyib.
Vüsal Hüseynov Azərbaycanın miqrasiya siyasəti, əcnəbilər üçün hər cür şəraitin yaradılması üçün ölkədə miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Səmimi qəbula görə təşəkkür edən səfir miqrasiya sahəsində görülən işlərin əhəmiyyətindən danışıb, bu istiqamətdə təcrübə mübadiləsinin önəmini diqqətə çatdırıb. Həmçinin ikitərəfli münasibətlərin bundan sonra da genişləndirilməsinə dəstək olacağını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 612
Oxşar xəbərlər
- Macarıstan Ukraynadakı vəziyyətə görə immiqrasiya siyasətini dəyişməyəcək
- Regionda miqrasiya mövzusunda maarifləndirmə aparılıb
- Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Türkiyə ilə miqrasiya məsələləri müzakirə olunub
- Azərbaycan vətəndaşı olmaq istəyənlər üçün - MAARİFLƏNDİRİCİ VİDEO
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub