Özəl telekanallar seçkilərlə əlaqədar ödənişli seçkiqabağı təşviqatda iştirak etməyəcək


16:17     09 Yanvar 2020 MSK23.jpg

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulacaq KİV məlum olub.


Femida.az -ın Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 30 agentlik və sayt, 9 qəzet və 1 televiziya müraciət edərək qeydiyyatdan keçib.

Ödənişli təşviqatda telekanallardan yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti iştirak edəcək. Özəl telekanallar ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün müraciət etməyib.

Açar sözlər:

Oxunub: 543