Satılan mənzilin nə qədər sahəsi vergidən azad ediləcək?


18:32     09 Yanvar 2020 20_01_09_1578573153.jpg

Satılan mənzilin 30 kv/m ərazisi vergidən azad ediləcək.


Femida.az xəbər verir ki, bu barədə qərar Vergilər Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Digər dəyişikliyə əsasən, fiziki şəxslərin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilinin satışı vergidən azaddır. Demək, minimum 3 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olduğunuz mənzilin satışından alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində fiziki şəxslərdən sadələşdirilmiş vergi tutulmayacaq.

Açar sözlər:

Oxunub: 948