Daha bir bağlanan bank əmanətlərin qaytarılmasına hazırlaşır


16:51     09 Yanvar 2020 bank18iyul2.jpg


Bu gün ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilib.

Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev bildirib ki, “Bank Standard”da 10 min ABŞ dollarına (17 min manat) qədər qorunmayan əmanəti olan 15 650 fiziki şəxsə 6,7 milyon manat kompensasiya ödənilməsi nəzərdə tutulub: “Artıq 565 nəfər, təxminən, 4 milyon manat kompensasiya alıb”.

Xatırladaq ki, ADIF bağlanmış banklarda 10 min dollara qədər qorunmayan əmanəti olan, təxminən, 42 min fiziki şəxsə güzəştə gedib və onların pulunu ilk növbədə qaytarmağı vəd edib.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmir Bank” ASC-nin qorunmayan əmanətlərinə görə isə kompenasiya ödəməyə hazırlaşır.

Vüqar Abdullayevin sözlərinə görə, əmanətlərin qaytarılmasına bu rübdən başlanılacaq.

V.Abdullayev onu da qeyd edib ki, “Dəmir Bank”ın ADIF-ə borcu tam bağlanıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 573