689 nəfərin deputatlığa namizədliyi qeydə alınıb


17:32     09 Yanvar 2020 20_01_09_1578576784.jpg

"2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib".

Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, müraciət edən şəxslərin 2305 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 2193 nəfəri isə imza vərəqələrini artıq götürüb. Geri qaytaranların sayı isə 1255 nəfərdir. 689 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

M.Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 227 nəfəri 20 siyasi partiyanın siyahısında olan şəxslərdir.

Femida.az

Açar sözlər: #deputat  

Oxunub: 1304