"Təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir” - Məzahir Pənahov


19:37     09 Yanvar 2020 20_01_09_1578577091.jpg


"Seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkədə təşviqatın aparılması Seçki Məcəlləsininin tələblərinə ziddir".


Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, sosial şəbəkələr bugünkü həyatımızı əhatə edir: "Hesab edirəm ki, deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır. Seçkiqabağı təşviqat qanunvericiliyə görə, yanvarın 17-dən başlayacaq. Ondan əvvəl isə təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir”.

Femida.az

Açar sözlər:

Oxunub: 621


Oxşar xəbərlər