Zakir Qaralov Nərmin Quliyevanın qatilinin tapılması ilə bağlı konkret tapşırıqlar verib


17:52     09 Yanvar 2020 20_01_09_1578578466.jpg


Baş prokuror Zakir Qaralov Tovuz rayonundakı azyaşlının öldürülməsi hadisəsi ilə bağlı konkret tapşırıqlar verib.

Femida.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov yanvarın 9-da Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib.

Dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.

Femida.az

Açar sözlər: #ZakirQralov   #Nərmin   #Tovuz   #qətl  

Oxunub: 1100


Oxşar xəbərlər