“Yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb” - AXCP-nin keçmiş yetkilisi


19:12     09 Yanvar 2020 2020/01/034DA6E8-F764-46D2-90A0-57DD86FA4CA7_1578582722.jpeg

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddisı üzrə məhkəmə prosesi keçirilib.


Femida.az xəbər verir ki, hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən prosesə Əli Kərimlinin etibarnamə üzrə nümayəndəsi vəkil Fəxrəddin Mehdiyev gəlib.

İddiaçı tərəf Aydın Əliyev ifadəsində bildirib ki, Əli Kərimli onun AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına sədr seçilməyinə mane olmaq istəyib:

“1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərirəm. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv sonra isə sədr seçilmişəm. Sonradan bilmişəm ki, mənim kimi obyektiv adamın bu vəzifəyə seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb. Otuz illik siyasi fəaliyyətdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılmışıq. O, bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib. Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun atidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli bir siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadarq özünün çirkin oyunlarına qurban vermək istəyir. Mən, Nurəddin Məmmədliyə, Gözəl Bayramlıya, Saqif Qurbanova və başqa partiyaların üzvlərinə müraciət etmişəm. Heç biri mənə Əli Kərimlinin qorxusundan cavab verməyib”

Aydın Əliyev bildirib ki, Əli Kərimli onun normal fəaliyyətinə imkan verməyib:

"O bunu bilərəkdən edib. Partyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiyaya daxil olan ianələr və sair pulları ancaq öz nəzarətində Əli Kərimlinin mənim kimi düzgün, əqidəli adam qane etməyib”.

O, Əli Kərimlini bütün məhkəmə proseslərində şou göstərdiyini deyib, bildibin ki, faktiki olaraq partiyanın tərkibində hüquqşünaslar olmasına baxmayaraq ancaq bitərəf vəkillər gəlir.

İddiaçı Aydın Əliyev AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının protokoluna etiraz olaraq bildirib ki, onun haqqında çıxarılan qərar qeyri-qanunidir:

“Partiyanın nizamnaməsində göstərilib ki Rəyasət Heyətinin üzvləri AXCP Ali Məclisinin üzvlərindən seçilməlidirlər. Amma partiyanın ümumi yığıcağında iştirakçı olaraq qeyd edilən Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Məmməd İbrahim qeyri-qanuni fəaliyyət göstərir. Ona görə də mənim haqqımda qərar qəbul etmələri qanunsuzdur”.

Növbəti məhkəmə prosesi 21 yanvar 15:00-a təyin edilib.

Femida.az

Açar sözlər: #Məhkəmə   #Hökm   #Hakim  

Oxunub: 1651