Adam öldürüb qaçan şəxs 13 il sonra tapıldı
20:36 09 Yanvar 2020
Rusiyanın Arxangelsk vilayətində qətl törədərək qaçıb gizlənən azərbaycanlının məhkəməsi olacaq.
Femida.az oxu.az-a istinadən xəbər verir ki, 36 yaşlı Azərbaycan vətəndaşı Ruslan Mansurov 13 il əvvəl adam öldürüb və ölkədən qaçaraq gizlənib.
Məlum olub ki, tanışı ondan 50 min rubl (1,385 AZN) qarşılığında otaq yoldaşını öldürməsini istəyib.
Buna razı olan Mansurov qurbanına Koryajma getmək təklif edib və buna razılaşan şəxsi meşəyə aparıb.
Orada həmin şəxsi altı bıçaq zərbəsi ilə qətlə yetirərək öldürüb.
Hadisəni törətdiktən sonra o, Rusiya ərazisindən çıxaraq əvvəl Azərbaycanda, sonra isə Gürcüstanda gizlənib.
2019-cu ilin sentyabrında Ukraynada Odessa aeroportunda pasport yoxlanışı zamanı aşkar edilən R.Mansurov Rusiyaya təhvil verilib.
O, törətdiyi əməli etiraf etməyib.
Cinayət işi yekunlaşdırılaraq baxılması üçün Arxangelsk Regional Məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 693
Oxşar xəbərlər
- Adam oğurluğunda ittiham edilən şəxslərlə bağlı gözlənilməz QƏRAR
- Adam öldürməyə cəhddə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılacaq
- Adam oğurluğunda ittiham edilən dəstənin məhkəməsi başlayır
- Adam böyüklüyündə tısbağa 99 yaşında + VİDEO
- Adam oğurluğuna görə axtarışda olan şəxs saxlanılıb
- Adam öldürməyə cəhd edən mühafizəçiyə hökm oxundu
- Adam döyüb pul tələb etdi, tutuldu