Ədliyyə işçiləri xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkiblər


10:09     10 Yanvar 2020 20_01_10_1578636620.jpg


Ədliyyə Nazirliyi tərəfindən nazirliyin Birləşmiş Həmkarlar İttifaqının xətti ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir.


Femida.az xəbər verir ki, ədliyyə işçiləri paytaxtın 268 nömrəli xüsusi məktəbində olub, uşaqlarla görüşüb, onların qayğıları ilə maraqlanıblar. Həmçinin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə uşaqlar üçün musiqili-əyləncəli proqram təşkil olunub. 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi məktəbliləri sevindiriblər. Sonra uşaqlara hədiyyələr təqdim edilib.

Məktəbin rəhbərliyi və kollektivi daim dövlət qayğısı ilə əhatə olunan uşaqlar üçün belə bir tədbirin təşkil olunmasına görə Ədliyyə Nazirliyinə öz minnətdarlığını ifadə edib.



Femida.az

Açar sözlər: #ədliyyə  

Oxunub: 1770