Vilayət Eyvazov polkovnik-leytenantı Alay komandiri təyin edib


10:32     10 Yanvar 2020 2019/07/vilayet-eyvazov8_1562149175.jpg

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ) Yol Patrul Xidmətinin (YPX) Alay komandiri, polis polkovniki Rəşadət Babayev işdən çıxarılıb.



Femida.az -ın xəbərinə görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Babayev vəzifədən azad edilib.

V.Eyvazovun digər əmri ilə YPX-nin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı “Report”a təsdiqləyib.

Açar sözlər:

Oxunub: 621