Milli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıb
10:37 10 Yanvar 2020
Azərbaycanda bu ilin fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıb.
Femida.az xəbər verir ki, seçici siyahılarının dəqiqləşdirilməsinə görə daimi seçicilərin sayı 5 212 902 nəfərdir. Onların 2 563 261 nəfəri (49,17 %) kişilər, 2 649 641-i (50,83 %) isə qadınlardır. Ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici siyahılarına adları daxil edilən seçicilərin sayı 4 972 356 olub.
Milli Məclisə seçkilər ölkə üzrə 125 seçki dairənin 5426 məntəqəsini əhatə edəcək. Bələdiyyə seçkiləri isə 5049 seçki məntəqəsində keçirilmişdi.
Femida.az
Oxunub: 551
Oxşar xəbərlər
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb
- Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb