Sabirabadda 2 ədəd qumbara tapılıb
11:10 10 Yanvar 2020
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sabirabad rayonu, Xəqani küçəsi 1 ünvanında qazıntı işləri aparılarkən 2 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Sabirabad Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ünvanda su kanalının kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı (UZRQM) olan F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının ətrafında 150 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 786
Oxşar xəbərlər
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Sabirabadda yeniyetməni avtomobil vuraraq ağır xəsarət yetirib
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
- Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb
- Sabirabadda motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var
- Sabirabadda yol qəzasında 3 nəfər xəsarət alıb
- Sabirabadda 19 yaşlı qız intihara cəhd edib
- Sabirabadda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb
- Sabirabadda keçmiş məhkumdan narkotik və silah aşkarlanıb