Daşınmaz əmlakın alqı-satqı prosesini bu yolla vaxt itirmədən APARIN - QANUN


11:26     10 Yanvar 2020 20_01_10_1578641221.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti materialı təqdim edir. Bu dəfəki mövzumuz daşınmaz əmlakın alqı-satqı prosesi ilə bağlıdır.


Ədliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsi üçün zəruri olan sənədlər bunlardır:

- Tərəflərin şəxsiyyətini (hüquqi şəxs olduqda qeydiyyatını) təsdiq edən sənədlər
- Əmlak yaşayış sahəsi olduqda onun yerləşdiyi yer üzrə qeydiyyatda olan mülkiyyətçinin ailə üzvləri
- Onların sırasından yetkinlik yaşına çatmış şəxslərin alqı-satqı müqaviləsinin bağlanılmasına dair razılıq ərizələri
- Mülkiyyətçi nikahda olduqda nikah haqqında sənəd və ərin (arvadın) müqavilənin rəsmiləşdirilməsinə razılğı
- Daşınmaz əmlakın yüklülüyü, habelə üzərində məhdudiyyətinin olub-olmamasını təsdiq edən sənəd
- İcbrai sığorta müqaviləsi
- Sadələşdirilimiş verginin və xidmətlərə görə haqların ödənilməsi barədə sənədlər


Bu sənədlər notariat ofisinə təqdim olunduqdan sonra daşınmaz əmlakın alqı-satqı prosesi reallaşdırılır.

Qeyd edək ki, artıq vətəndaşlar bu prosesi daha tez və sadə formada reallaşdıra bilər. Belə ki, «Elektron notariat» informasiya sistemi vasitəsi ilə yuxarıda sadalanan bütün bu sənədlər notarius vasitəsi ilə əldə oluna bilər. Başqa sözlə desək, vətəndaş heç bir əlavə quruma getmək məcburiyyətindən qalmadan yalnız notariusa müraciət etməklə «bir pəncərə» prinsipi əsasında xidmətlərdən yararlanmaq imkanına malikdir. 10-dan çox dövlət və özəl qurumlarının informasiya sistemləri ilə inteqrasiya edilmiş «Elektron notariat» informasiya sistemi vasitə ilə əldə edilmiş zəruri sənədlər əsasında qısa müddətdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi avtomatlaşdırılmış qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən orqana göndərilir.

Nəticədə fiziki və hüquqi şəxslər əmlak hüquqlarını vaxt itkisi və əlavə yol xərcləri olmadan rəsmiləşdirmiş olurlar. Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazır olduqdan sonra onun notarius vasitəsi ilə əldə edilməsi mümkündür.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #ev   #mənzil   #daşınmazəmlak   #notariat   #ədliyyə   #qanun   #hüquq   #femida  

Oxunub: 1370