KİV: Nərmini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİR


11:46     10 Yanvar 2020 20_01_10_1578642436.jpg

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

Femida.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

XƏBƏR YENİLƏNİR...

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə Yenisabah.az-a bildirib ki, qatil saxlanılacağı təqdirdə ictimaiyyətə geniş açıqlama veriləcək.

“Bilmirəm kim nə yazır, nə deyir, amma belə bir şey olsa ictimaiyyətə rəsmi məlumat veriləcək”, - deyə Ehsan Zahidov vurğulayıb.

Açar sözlər: #Nərmin   #Tovuz   #qətl   #cinayət   #qatil  

Oxunub: 6477