Narkotik satan “Baba” saxlanıldı - Xızıda
12:44 10 Yanvar 2020
Xızıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Belə ki, keçirilən tədbir zamanı narkotiklərin dövriyyəsi ilə məşğul olan rayon sakini, 26 yaşlı Məmmədhüseyn Gülməmmədov və ona narkotik vasitəni gətirən taksi sürücüsü, Şabran rayon sakini 43 yaşlı Vaci Taciyev tutulublar.
Onlardan kibrit qutularında və kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən vasitənin mənbəyi də müəyyən edilib. Davam etdirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul, Şabran rayon sakini, əvvəllər məhkum olunmuş “Baba” ləqəbli Balabək Babayev yaşadığı rayon ərazisində tutularaq Xızı RPŞ-nə gətirilib. Dindirilmə zamanı B.Babayev respublikanın şimal rayonlarında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Xızı RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 634
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb